Preferință de țară? Alegeți țara preferată pentru a vizualiza conținutul local și pentru a obține o experiență mai bună.

Pulsuz çatdırılma 50 ₼-dan yuxarı WhatsApp: +994 51 230 88 33 Rəsmi internet-mağaza

Гарантия

Zəmanət


De’Longhi texnikasının əksəriyyəti üçün rəsmi servis zəmanət müddəti 2 ildir.
Avtomatik qəhvə aparatları üçün isə genişləndirilmiş 3 illik zəmanət tətbiq olunur.

Əgər cihazınızda nasazlıq yaranıbsa, siz “Reset servis” adlı rəsmi servis mərkəzinə müraciət edə bilərsiniz.

Ünvanlar:
📍 Nizami rayonu, Şirin Mirzəyev küçəsi 61 (Qara Qarayev metro stansiyasının yaxınlığında)
📍 Yasamal rayonu, Hüseyn Cavid prospekti 202A (onkoloji xəstəxananın qarşısında)

Qaynar xətt nömrəsi: *2212

Məhsulu və alış qəbzini servis mərkəzinə təqdim etməyiniz tələb olunur. Texnikanı təmirə təhvil verdikdə, servis mərkəzi sizə qəbul qəbzi təqdim edir. Bu sənədlə məhsul haqqında mümkün qədər ətraflı məlumat, sizin tərəfindən qeyd olunan nasazlığın xarakteri və (və ya) qüsurun əlamətləri, həmçinin sifarişçi haqqında ətraflı məlumat qeyd olunur.

Adətən bu sənədnömrələnmiş olur – servis mərkəzinə müraciət etdikdə sizə təqdim olunmuş qəbzin nömrəsini deməyiniz kifayət edəcək və siz məhsulun nasazlıq səbəbi və onun aradan qaldırılması müddəti haqqında məlumat ala biləcəksiniz.

Bəzi hallarda məhsulun təmiri mümkün olmur. Servis mərkəzi əməkdaşları sizə məhsulun təmir olunmasının mümkün olmaması barədə məlumat verdikdən sonra, servis mərkəzinə yaxınlaşmalı və yeni məhsul ilə birlikdə təqdim olunan bütün komplektasiya hissələrini (qablaşdırma elementləri istisna olmaqla) və qəbul qəbzini təqdim etməlisiniz.

Komplekti təhvil verdikdən sonra sizə “Təmirə yararsızlıq aktı” təqdim olunacaq. Bu sənəddə aşağıdakı məlumatlar göstəriləcək:
 • Məhsul haqqında mümkün qədər ətraflı məlumat;
 • Nasazlığın xarakteri və məhsulun təmirinin mümkün olmama səbəbi.