Mübadilə və qaytarılması
Məhsulun qaytarılması və dəyişdirilməsi
Alıcı əldə etdiyi məhsulu əldə etdiyi gündən etibarən 30 təqvim günü ərzində geri qaytara və ya dəyişdirə bilər.
Qaytarılma prosesi:
1. Məhsulu geri qaytarmaq üçün ilk olaraq dəstək xidməti operatoru ilə (telefon vasitəsilə və ya sayt üzərindən) əlaqə saxlayaraq dəqiq təlimatları əldə edin.
2. Təlimatlar verildikdən sonra göstərilən satış nöqtəsinə yaxınlaşın.
3. Yerində konsultanta məhsulu qaytarmaq və ya dəyişmək istədiyinizi bildirin və alışı təsdiqləyən sənədi (qəbz, qaimə və ya sayt sifarişi) təqdim edin.Məhsul texniki ekspert tərəfindən qiymətləndiriləcək. Əgər ekspertiza yerində mümkün deyilsə, məhsul servis araşdırmasına göndəriləcək.
Məhsul geri qaytarma şərtlərinə uyğundursa, tam dəyəri, o cümlədən çatdırılma xərcləri ilə geri qaytarılacaq.
Pulun geri qaytarılması məhsulu aldığın ödəniş üsulu ilə həyata keçiriləcək.
Əgər alıcı və ödəyici fərqli şəxslərdirsə, pul ödəyiciyə qaytarılacaq.
Geri qaytarma şərtlərinə uyğun olmayan məhsul alıcı tərəfindən götürülə bilər.
Nağdsız ödənişlər üçün əlavə şərtlər:
Məhsul nağdsız şəkildə (bank kartı və s.) ödənildiyi halda, satış məntəqəsi müştərinin xidmət bankına müvafiq sorğu göndərir. Vəsaitin geri qaytarılması bank tərəfindən 14 təqvim günü ərzində həyata keçirilir.