Yeni Eletta Ultra hər səhəri bir qəhvə ritualına çevirir. Espresso, Cold Brew, kapuçino və onlarla digər içki. Sevdiyiniz içkiləri bir toxunuşla hazırlayın. İndi cəmi bir məsələni həll etmək qalır – günü hansı içki ilə başlayasan.
Ətraflı
Addım 1. Özünüzü dinləyin
Bu an ürəyiniz nə istəyir? Rahatlıq, canlanma, qısa fasilə, yoxsa bir yenilik?
Addım 2. Əhvalınıza uyğun içki seçin
Zərif kapuçino, dolğun espresso, yaxud təravətləndirici ays-latte – seçim sizindir.
Addım 3. Bir toxunuşla hər şey hazırdır
Eletta Ultra qalanını edəcək: üyütmədən ideal köpüyədək.
Addım 4. Anın dadını çıxarın
Sadəcə dadı hiss edin. Bu məqam bir tək sizindir.
Növbələri və təlaşı unudun. İdeal qəhvə artıq siz olan yerdədir. Eletta Ultra hər fincanı şəxsi rituala çevirir: təzə üyüdülmüş dənəciklərdən qüsursuz içkiyə qədər. Hər şey xırdalığınadək düşünülüb! İstənilən resept. İstənilən əhval. Sizin Perfetto-nuz məhz istədiyiniz kimidir.
Evin sakitliyini pozmadan səhər espressosunu hazırlayın. Eletta Ultra yumşaq və ehmalca
işləyir ki, heç nə sizi öz işinizdən ayırmasın.
Silent Technology texnologiyası səsin dərəcəsini əvvəlki modellərlə müqayisədə 65%-dək
azaldır. Üyüdülmə olduğu kimi dəqiq qalır, səs isə demək olar heç duyulmur. Yalnız sakitlik…
və ideal Perfetto dadı.
Heç bir qəliz ayarlar və artıq düymə yoxdur. İntuitiv, rəngli 4,3” sensor ekran qəhvə
hazırlanmasını maksimal dərəcədə sadə edir.
Sizin öz zövqünüzə və gündəlik seçimlərinizə uyğun yaradılmış 7 kolleksiyadan öz içkinizi
cəmi bir toxunuşla seçin.
50-dən çox qəhvə reseptini kəşf edin: klassik qəhvə içkilərindən tutmuş sevimli soyuq
içkilərədək.