Preferință de țară? Alegeți țara preferată pentru a vizualiza conținutul local și pentru a obține o experiență mai bună.

Pulsuz Çatdırılma *3232 Rəsmi internet-mağaza
preview
preview

Нет в наличии

Icona Capitals

DeLonghi Toster CTOC2103.Y

Артикул 0230120078
219 ₼
Описание товара
YENİ NƏSİL ÇOXFUNKSİYALI TOSTER
Tosterdən o qədər də çətin olmayan işi yerinə yetirmək tələb olunur - çörəyi yandırmadan mümkün qədər tez qızartmaq. Təəssüf ki, hətta ən müasir modellər belə, bunu yaxşı edə bilmir. Çörək ya yanır, ya da bir tərəfdən çox qızarır, digər tərəfdən isə demək olar ki, çiy qalır. Bu, yalnız yeni nəsil cihazlarda həll olunan ən çox rast gəlinən problemdir. Siz DeLonghi Icona Capitals-in firma kolleksiyasından CTOC 2103 Y tosterini alaraq bu problemdən azad ola bilərsiniz. İki slot, qaldırılan filtrlər, bir tərəfdən qızartma imkanı və 6 səviyyəli qızartma tapşırığı, kifayət qədər faydalılıq ilə yüksək güc (900 Vatt) və ucuz qiymət - Bundan artıq nəsə arzulamaq olarmı? Dizayndan başqa.

UNİKAL DİZAYNER ÜSLUBU
Tosterin görünüşündə də hər şey tam qaydasındadır! CTOC 2103 Y Icona Capitals layihəçilərin maksimum şəkildə universal etməyə çalışdıqları, istənilən interyer mühit ilə uyğunlaşan xüsusi dizaynda hazırlanıb. Korpusun hamar xətləri və parlaq bəzəyi dərhal diqqət cəlb edir. Xüsusilə, Icona Capitals kolleksiyasına daxil olan eyni çaydanla birlikdə. Əlavə estetik elementlərə ön panel üzərində idarəetmə düymələrinin yumşaq neonla işıqlandırılması, firma loqotipi və xrom taxmalar daxildir..

FUNKSİONALLIQ VƏ RAHATLIQ
Toster bahalı bəzək kimi görünsə də, hələ də əlverişli, rahat və istifadəsi asandır. Qızartma dərəcəsini təyin edən əl ilə idarə olunan döndərici tənzimləyici və dörd ayrıca düymə ilə ön paneldə göstərilən əlavə funksiyalar (qızdırma, donaçma, birtərəfli qızartma, məcburi ləğv). İş parametrləri elektron şəkildə idarə edilir ki, bu da hazır tostların keyfiyyətinin asılı olduğu vaxt və temperaturun saxlanmasının mütləq dəqiqliyini təmin edir.